8 Noyabr – Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.
Baki-Baku.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciət ünvanlayıb.
Qeyd olunub ki, yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək:
- Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;
- Şəhidlər Xiyabanı – “Alov qüllələri” kompleksi – “İçərişəhər” metro stansiyası – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli;
- Yasamal parkı – Ə.Haqverdiyev küçəsi – H.Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;
- “Olimpik Star” İdman və Əyləncə mərkəzi – S.Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – H.Əliyev sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;
- N.Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – H.Əliyev sarayı – Mərkəzi Bank – “28 Mall” Ticarət Mərkəzi;
“Sürücülərdən yürüşün keçirildiyi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində qismən fasilələr yaranacağını nəzərə almalarını xahiş edirik.
Qeyd edək ki, yürüşün marşrutlar üzrə hərəkəti yol-patrul xidməti əməkdaşları tərəfindən tənzimlənəcək”, – deyə məlumatda bildirilir
Baxış sayı: 40