Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/13/2026

Paylaşın

Mədəniyyət

Əməkdar artist Nahidə Orucovanın 65 illik yubileyi qeyd olunub

IMG-20260713-WA0005

İyulun 11-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının növbəti nümayişi olub.

Tamaşa bu dəfə Əməkdar artist, Prezident mükafatçısı Nahidə Orucovanın 65 illik yubileyinə həsr edilib.

Baki-baku.az xəbər verir ki, nümayişdən sonra Əməkdar artist, Prezident mükafatçısı Əkbər Əlizadə aktrisanın həyat və yaradıcılığı haqqında tamaşaçılara ətraflı məlumat verərək yubiliyarı teatrın rəhbərliyi və kollektiv adından təbrik edib. O eyni zamanda Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Fəxri fərmanını aktrisaya çatdırıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Xalq artisti İlham Namiq Kamal Nahidə Orucovaya təbriklərini çatdırıb, yeni yaradıcılıq uğurları arzulayıb və qurumun “Teatr fədaisi” medalını ona təqdim edib.

Qeyd edək ki, Nahidə Orucova tamaşada Cahan xala obrazını canlandırıb, onunla yanaşı səhnədə Əməkdar artistlər Nərgiz Kərimova (Gülçöhrə), Əkbər Əlizadə (Süleyman bəy), Nadir Xasiyev (Soltan bəy), aktyorlar Emin Zeynallı (Əsgər), Mehriban Zaliyeva (Asya), Ülviyyə Əliyeva (Telli), Ruslan Mürsəlov (Vəli), həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.

Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti isə Sevinc Məmmədovadır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fövqəladə Hallar Nazirliyi həftəsonu çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.

Ən son

GÜNDƏM

Milli Məclisin deputatı Hikmət Babaoğlu Baki-baku.az-a müsahibəsində Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dəyişikliklər və

GÜNDƏM

Milli Məclisin deputatı Hikmət Babaoğlu Baki-baku.az-a müsahibəsində Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən dəyişikliklər və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin