Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/11/2026

Paylaşın

GÜNDƏM

Paytaxtda növbəti daxili iməclik keçirilib

İməclik

Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, paytaxtımız Bakı şəhərinə olan diqqət və qayğının artması nəticəsində bu gün Bakı şəhəri inkişaf edir, günü-gündən gözəlləşir.

Baki-baku.az xəbər verir ki, bunu şəhər sakinləri və paytaxtımıza gələn çoxsaylı xarici qonaqlar xüsusi qeyd edirlər.

Onlar həmçinin şəhərin təmizliyini xüsusi vurğulayırlar. Parklarda, küçə və prospektlərin kənarlarında əkilən güllər, yaradılan gözəl kompozisiyalar göz öxşayır və Bakıya xüsusi yaraşıq verir.

Bu təmizlik və gözəllikləri qoruyub inkişaf etdirmək məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda təmizliklə bağlı mütəmadi daxili iməcliklər keçirilir. Şəhərin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə iyulun 11-də növbəti daxili iməclik keçirilib.

Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub,orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.

Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.

Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini vermişdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dünyada elə paytaxt şəhərlər var ki, onların tarixi müasir dövlətlərin yaranmasından çox-çox əvvələ gedib çıxır.

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq.

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin