İran Milli Bankının Bakı filialı bu ilin I yarısını 2,324 milyon manat mənfəətlə başa vurub.
Baki-baku.az filialın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,9 % azdır.
Yanvar-iyun aylarında İran bankının gəlirləri 2,654 milyon manat (1 il əvvələ nisbətən 12,3 % az), xərcləri 991 min manat (6,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 661 min manat (41,5 % az) təşkil edib. Bakı filialı mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə İran bankının aktivləri 121,532 milyon manat olub ki, bu da illik müqayisədə 1,8 % azdır. Bunun 2,402 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 2,2 dəfə böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 8 % azalaraq 65,855 milyon manat, o cümlədən depozit portfeli 0,4 % artaraq 36,309 milyon manat, balans kapitalı isə 6,7 % artaraq 55,677 milyon manat olub.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.