Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/06/2026

Paylaşın

GÜNDƏM

Metrodan birbaşa yaşıllığa: Bakıda yeni yaşıl dəhliz layihəsinin icrası hansı mərhələdədir?

Metrodan birbaşa yaşıllığa, Metro, Yaşıllıq

Bakının iki geniş piyada zonası olan Atatürk və Antena parklarını əhatə edən, onları vahid yaşıl dəhliz və piyada dəhlizi kimi formalaşdıran layihənin icrasına başlanıb.

Baki-baku.az xəbər verir ki, hazırda “Gənclik” metrostansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlər görülür. Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.

Layihə çərçivəsində Atatürk parkının giriş hissəsində yaşıllıq zolağı, oturacaq və söhbət guşələri, uşaq meydançası kimi elementlər yaradılacaq. Bununla yanaşı, layihənin ən mühüm tərəflərindən biri sadəcə iki parkı bir-biri ilə birləşdirmək deyil, Atatürk və Antena parklarını, eləcə də ətrafdakı ictimai nəqliyyat və ticarət obyektlərini əhatə edən vahid yaşıl dəhliz və rahat piyada dəhlizi şəbəkəsinin formalaşdırılmasıdır. Bu, ərazidə tam yeni bir şəhər infrastrukturu konsepsiyasının yaradılması deməkdir. Bu addımın sakinlərin və qonaqların gəzinti zamanı təhlükəsizliyini də artıracağı bildirilir.

Hazırda ayrı-ayrı adalar kimi qalan iki park artıq vahid yaşıl dəhliz konsepsiyası çərçivəsində, geniş və əlaqəli bir piyada zonasının hissəsinə çevriləcək. İnsanlar metrodan çıxıb avtomobil axını və nizamsız parklanma ilə üzləşmədən birbaşa yaşıl dəhliz boyunca, rahat və təhlükəsiz mühitə keçə biləcəklər.

Hazırda işlərin görüldüyü Atatürk parkının qarşısındakı ərazidə bir sıra bünövrələr qoyulub, digərlərinin isə hazırlıq işlərinə başlanılıb. Layihə planına əsasən bu hissədə fəvvarə, amfiteatr, tələbə guşəsi, kafe və sanitar qovşaq olacaq. Bunların hamısı formalaşdırılan yaşıl dəhlizin tərkib hissəsi kimi nəzərdə tutulub.

Sözügedən ərazidə işlər tamamlandıqdan sonra mərhələli şəkildə digər ətraf ərazilərdə də işlər həyata keçiriləcək və yaşıl dəhliz tədricən genişlənəcək.

Qeyd edək ki, Gənclik metrostansiyasının ətrafı Bakının ən sıx piyada trafikinə malik nöqtələrindən biridir. Burada gündəlik minlərlə insan metrodan çıxıb ətraf ticarət mərkəzlərinə, universitetlərə və parklara yollanır. Bu vaxta qədər həmin yol nizamsız parklanma və pərakəndə infrastruktur ucbatından rahat olmayıb. Layihənin icrası ilə piyada hərəkəti daha təhlükəsiz və rahat olacaq, ərazidə yeni istirahət və sosiallaşma imkanları yaranacaq, nizamsız parklanmanın aradan qaldırılması ilə görüntü və şəhər mühiti qaydaya düşəcək.

Layihənin tam icrası başa çatdıqda Gənclik ərazisi Bakının ən işlək piyada və istirahət qovşaqlarından birinə, şəhərin nümunəvi yaşıl dəhliz layihələrindən birinə çevriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Sülafə xatunla Süyümbikə xatunun Çar Rusyasına yaşatığı dəhşətlər isə milli mənlik və milli kimlik tariximizdə mücahid əzəmətidir.

Ən son

İQTİSADİYYAT

Bu ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 21,9

İQTİSADİYYAT

Bu ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 21,9
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin