Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/06/2026

Paylaşın

Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyası Həftəsi”nin qonaqlarını qəbul edib

“Türk Dünyası Həftəsi”, Türk Mədəniyyəti və İrsi Fondu

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Fondun prezidenti, professor Aktotı Raimkulova ilə Həftədə iştirak edən yerli və xarici qonaqlar arasında görüş keçirilib.

Baki-baku.az xəbər verir ki, görüşün əsas məqsədi “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən tədbirlərin nəticələrinin ümumiləşdirilməsi, Həftə ərzində irəli sürülən fikir və təkliflərin müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslər və strateji perspektivlər ətrafında fikir mübadiləsinin aparılması olub.

Qonaqları salamlayan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Həftə çərçivəsində keçirilən tədbirlərin Türk dünyasının zəngin mədəni və intellektual potensialını nümayiş etdirməklə yanaşı, müxtəlif ölkələrin nümayəndələri arasında dialoqun inkişafına töhfə verdiyini bildirib.

Fondun prezidenti Həftənin yekunlarının yalnız keçirilmiş tədbirlərin nəticələrinin dəyərləndirilməsi ilə məhdudlaşmadığını, burada formalaşan yeni ideyaların və təşəbbüslərin gələcək layihələr üçün mühüm zəmin yaratdığını vurğulayıb.

Səmimi və konstruktiv müzakirələr şəraitində keçən görüş zamanı yerli və xarici qonaqlar “Türk Dünyası Həftəsi” ilə bağlı təəssüratlarını bölüşüb, keçirilən tədbirlərin məzmunu və əhəmiyyəti barədə fikirlərini ifadə ediblər.

İştirakçılar Həftənin Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələri vahid platformada bir araya gətirməsini yüksək qiymətləndirərək, bu formatın gələcəkdə davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.

Müzakirələr zamanı “Türk Dünyası Həftəsi”nin yüksək səviyyədə təşkili və uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, eləcə də əməyi keçən bütün tərəfdaşlara dərin minnətdarlıq ifadə olunub.

Sonda tərəflər “Türk Dünyası Həftəsi” çərçivəsində qurulan dialoqun və yaranan əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayıb, irəli sürülən təşəbbüslərin gələcək birgə layihələrə çevriləcəyinə əminliklərini bildiriblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Elə səslər var ki, onları heç nə ilə səhv salmaq mümkün deyil

Ən son

HƏR ŞEYDƏN

Müasir şəhər evlərinin damı sadəcə binanın bir hissəsi kimi görünür. Köhnə Bakıda isə dam gündəlik

HƏR ŞEYDƏN

Müasir şəhər evlərinin damı sadəcə binanın bir hissəsi kimi görünür. Köhnə Bakıda isə dam gündəlik
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin