Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyevanın iştirakı ilə Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verilib

Yevlax

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Yevlax şəhərində abadlaşdırılmış yaşayış məhəlləsi sakinlərin istifadəsinə verilib.

Baki-baku.az xəbər verir, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən məhəllədə idman zonaları yaradılıb.

Ərazidə süni örtüklü mini futbol və basketbol meydançaları salınıb. Müxtəlif idman qurğuları, stolüstü tennis və şahmat masaları quraşdırılıb.

Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar və yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları təmir olunub, asfalt örtüyü, elektrik xətləri yenilənib.

Həyətin ərazisində ağac, mövsümü gül, eləcə də kol bitkilərindən yaşıllıq zolağı salınıb.

Leyla Əliyeva məhəllədə aparılmış abadlıq işləri ilə tanış olub, IDEA könüllüləri ilə birlikdə mövsümi güllər əkib. Məhəllənin balaca sakinlərinə hədiyyələr təqdim olunub, onlarla şəkillər çəkdirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mütləq Döyüş Çempionatının (UFC) sahibi olan "TKO Group Holdings" şirkəti Bakıda keçirilmiş turnirin yekunlarını açıqlayıb.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva Mərkəzin ərazisində yaradılmış şəraitlə tanış olub, sahibsiz heyvanların qəbulu,

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva Mərkəzin ərazisində yaradılmış şəraitlə tanış olub, sahibsiz heyvanların qəbulu,
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin