Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

GÜNDƏM

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin iştirakçıları Ağdamda “İblis” tamaşasını izləyiblər

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi”nin qonaqları iyulun 1-də Ağdam Muğam Mərkəzində Azərbaycan Dövlət Pantomim Teatrının təqdimatında dahi Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı izləyiblər.
Baki-baku.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Əhmədli, İblis obrazının ifaçısı isə Əməkdar artist Səbinə Hacıyevadır.
Tamaşada həmçinin Nurlan Rüstəmov, Elxan Şahaliyev, Elmin Qiyaslı, Cavad Nuriyev, Hüseyn İsmayılov, Solmaz Bədəlova, Nuridə Musabəyli və Jalə Novruzova çıxış ediblər.
Tamaşada hadisələr müharibələrin, zorakılığın və səfalətin tüğyan etdiyi bir dövrdə cərəyan edir. Səhnə əsəri insanların öz çirkin əməllərinə bəraət qazandırmaq üçün bir başçı təyin edib bütün günahları onun üzərinə atmaq cəhdlərini diqqətə çatdırır. Münaqişə də məhz ondan başlayır ki, bu dəfə seçdikləri rəhbər onların əlində alətə çevrilmək istəmir. Sona qədər davam edən bu mübarizədə çoxluq qalib gəlir.
Tamaşada əks olunan hadisələr bütün zamanlar və xalqlar üçün aktualdır. Səhnə əsərində insanlıq və iblis arasındakı bitməyən mübarizə zəngin pantomim dili ilə canlandırılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş "Onlardan biri:

Ən son

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin