Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/02/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib

Leyla Əliyeva Yevlaxda, Leyla Əliyeva, Yevlax

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya məktəbin tarixi, burada yaradılmış şərait və tədris imkanları barədə məlumat verib. Bildirilib ki, 2024-cü ilin yanvarında köhnə inzibati bina sökülüb və yerində yeni məktəb binasının tikintisinə başlanılıb. Yeni məktəb binası 528 şagird yerlikdir. Burada müasir standartlara uyğun zəruri tədris şəraiti yaradılıb.

Leyla Əliyeva məktəbin kitabxanası, informatika, biologiya və kimya kabinetləri, texnologiya, məktəb hazırlıq qrupu otaqları, yeməkxana və idman zalında yaradılmış şəraitlə yaxından tanış olub.

Yeni məktəb binasında yaradılmış müasir tədris infrastrukturu şagirdlərin keyfiyyətli təhsil almasına, onların bilik və bacarıqlarının inkişafına, həmçinin müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə imkan verəcək.

Məktəbin kollektivi ilə görüşən Leyla Əliyeva onlara uğurlar arzulayıb və xatirə şəkilləri çəkdirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş "Onlardan biri:

Ən son

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən

HƏR ŞEYDƏN

Bu, "Turacı" rəqsidir – sözün susduğu, hisslərin isə rəqsin dili ilə danışdığı nadir sənət nümunələrindən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin