Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/01/2026

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva Şəkidəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub

Məhəmməd Füzuli adına park, Şəki, Park

İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhər Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkında olub.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, burada Leyla Əliyevaya ərazidə görüləcək bərpa və yenidənqurma işləri barədə məlumat verilib.

Bildirilib ki, 1951-ci ildə salınan parkda bir sıra əsaslı bərpa və yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd olunub ki, parkın ərazisində vaxtilə şəhər sakinlərinin və qonaqların ən sevimli istirahət yeri olan, musiqi və teatr kollektivlərinin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin vaxtaşırı çıxış etdiyi “Yay teatrı” da fəaliyyət göstərib. Diqqətə çatdırılıb ki, 1800 nəfərlik tamaşaçı yeri olan “Yay teatrı”nda 1975-1980-ci illərdə Azərbaycanın görkəmli estrada və opera müğənnisi Rəşid Behbudovun, Xalq artisti Zeynəb Xanlarovanın, dirijor və bəstəkar Niyazinin rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları olub, 1981-ci ildə Nəsibə Zeynalova və Hacıbaba Bağırovun iştirakı ilə teatr kollektivlərinin tamaşaları nümayiş etdirilib. Həmçinin 1982-1995-ci illərdə burada tanınmış xanəndə və müğənnilər Əlibaba Məmmədov, Məhəbbət Kazımov, Məmmədbağır Bağırzadə, Mələkxanım Əyyubova, Nisə Qasımova, Səxavət Məmmədov, Zaur Rzayev və digərlərinin konsertləri keçirilib.

Park ərazisində aparılan təmir işləri çərçivəsində Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin büstü parkdan götürülərək bərpa olunub və yenidən həmin istirahət məkanına qoyulub.

Qeyd olunub ki, bərpa işləri zamanı əsas hədəf freskaları, yerli heykəltaraşların əsərlərini, teatrı bərpa etmək, tamaşaçıları bura yenidən qaytarmaq, parkı ailə istirahət məkanına çevirməkdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Onlayn və çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

GÜNDƏM

Onlayn və çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin