Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/28/2026

Paylaşın

Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçirilib

WhatsApp Image 2026-06-28 at 12.48.26

Ötən gün Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan “Hacı Qara” tamaşasının premyerası olub.

Baki-baku.az xəbər verir ki, yeni səhnə əsərində klassik komediyanın ruhunu qorunaraq, müasir teatr estetikası, dinamik səhnə həlli və aktyor ifalarının vəhdəti ilə tamaşaçılara təqdim edilib.

İkihissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Firudin Allahverdi, xoreoqraf Gülməmməd Şahverdiyev, rejissor assisenti Sona Məhərrəmovadır.

Tamaşada iflasa uğramış Heydər bəy toy xərci əldə etmək üçün Hacı Qara ilə birlikdə Təbrizə qaçaqmal alverinə getməsi və bu səfər zamanı 19-cu əsrin ortalarında baş vermiş əhvalatlardan bəhs olunur. Heydər bəy lovğa, quru bəy olsa da, o, mərd və cəsarətlidir.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elnur Hüseynov, Gülər Nəbiyeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Ədalət Əbdülsəməd, Ramil Məmmədov, Kərəm Hadızadə, Rəşad Səfərov, Elşən Hacıbabayev, Natiq Fərzəliyev, Şəbnəm Hüseynova, Aygün Fətullayeva, Hüsniyyə Əhmədova, Eldar İmanov, Vüqar Məmmədəliyev, Elgün Yəhyayev, Nurlan Süleymanlı, Hilal Dəmirov, Xaliq Bəkirov, Gülbəniz Lətifova, Venera Abbasova, Aydın Dəmirov,
Yusif Dadaşov, Tahir İsmayılov, İlahə Əmirxanova, İmdad Tofiqoğlu, Hüseyn Bayramov iştirak edirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Ən son

Mədəniyyət

Ötən gün Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə

Mədəniyyət

Ötən gün Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin