Müasir Bakının rəmzlərindən biri hesab olunan Heydər Əliyev Mərkəzi Kompleksinə mərkəzin binasından əlavə, 13,58 hektar ərazini əhatə edən park daxildir. Onun 7,5 hektarı qazon sahəsidir. Şəhərin istirahət və əyləncə üçün ən gözəl yerlərindən biri hesab olunan bu ərazidə 200-dən çox ağac və 7000 kol əkilib, landşafta mükəmməl uyğunlaşan 2 dekorativ hovuz və süni göl yaradılıb. Mərkəzin binası ilə önündəki park arasında olan ahəngdarlıq bu kompleksi dünyanın ən gözəl məkanlarından birinə çevirir. Parkda dövlət və beynəlxalq əhəmiyyətli tədbirlər, sərgilər, konsertlər təşkil edilir.
Baxış sayı: 46