Azərbaycanda 2026-cı ilin yanvar ayının 1-i vəziyyətinə olan məlumata görə ölkədə yaşı 65 və yuxarı olan şəxslərin sayı 1 milyon 86 min 340 nəfərdir ki, bu da ölkə əhalisinin 10,6 %-ni təşkil edir.
Baki-baku.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Bakının rayonları üzrə ən çox yaşlı şəxslər Xətai rayonunda yaşayır.
Belə ki, Bakının Xətai rayonunda 39 min 81 yaşlı şəxs var. Ardıcıl olaraq, Bakının Nəsimi rayonunda 38 min 175 nəfər, Sabunçu rayonunda 34 min 314 nəfər, Binəqədi rayonunda 33 min 77 nəfər, Yasamal rayonu 31 min 302 nəfərlə, Suraxanı rayonunda isə 27 min 210 nəfər yaşayır.
Bakının Pirallahı rayonu (2618) yaşlı nəslin ən az olduğu ərazidir.
Sözügedən qrup əhalinin iqtisadi zonalara bölgüsünə gəlincə, bu kateqoriyadan olanların sayına görə də, ilk yerdə 298 min 79 nəfərlə Bakı şəhəri dayanır.