Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/24/2026

Paylaşın

GÜNDƏM

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Sabir Rüstəmxanlının 80 illik yubileyi, Sabir Rüstəmxanlı, Xətai rayonu, Сабир Рустамханлы

İyunun 23-də Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti (RİH) və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xalq şairi, yazıçı və ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə Xətai RİH-in başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Fəzail İbrahimli, Tənzilə Rüstəmxanlı, Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti Əli Nur, şair, publisist Baba Vəziroğlu, əməkdar artist Dilarə Əliyeva, şairlər İlqar Fəhmi və Rüstəm Behrudi, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, eləcə də rayon sakinləri iştirak ediblər.

Tədbirdə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatının inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə və ictimai fikrin formalaşmasına verdiyi mühüm töhfələrdən bəhs ediblər. Qeyd olunub ki, yubilyarın zəngin yaradıcılığı və vətəndaş mövqeyi Azərbaycan ictimai fikrində xüsusi yer tutur.

Mərasim çərçivəsində şairin həyat və yaradıcılıq yolunu əks etdirən çıxışlar səsləndirilib, vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin əhəmiyyətindən danışılıb. Eyni zamanda, Sabir Rüstəmxanlının şeirləri səsləndirilib, musiqi nömrələri təqdim olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bu il mayın 20-də Sabir Rüstəmxanlının 80 yaşı tamam olub. Yubiley münasibətilə ölkəmizdə və xarici ölkələrdə silsilə tədbirlər keçirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İslam Zirvə Konfransının 16-cı Sessiyası 2027-ci ildə Azərbaycanda keçiriləcək.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin