Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/24/2026

Paylaşın

Mədəniyyət

Türk dünyasının musiqi irsi Özbəkistanda: Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti III Beynəlxalq Məqam Forumunun açılışında iştirak edib

WhatsApp Image 2026-06-24 at 13.14.04

23 İyun 2026-cı il tarixində Özbəkistanın Namangan şəhərində III Beynəlxalq Məqam Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib.
Baki-baku.az forum Özbəkistan Respublikasının Prezidenti, Zati-aliləri cənab Şavkat Mirziyoyev tərəfindən rəsmi olaraq açıq elan edilib. Dövlət başçısı çıxışı zamanı məqam sənətinin mənəvi dəyərlərin qorunması, mədəni dialoqun möhkəmləndirilməsi və zəngin tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsində xüsusi rolunu vurğulayıb.


Forum çərçivəsində Özbəkistan Respublikasının Prezidenti məqam sənətinin gələcək inkişafına yönəlmiş bir sıra təşəbbüslərlə də çıxış edib. Belə ki, Yeni Daşkənddə inşa olunan Məqam Mərkəzinə dünya statusunun verilməsi, onun nəzdində Beynəlxalq Məqam Akademiyasının yaradılması, eləcə də vahid Ümumdünya Məqam Antologiyasının hazırlanması təklif olunub. Bu təşəbbüslər Şərq xalqlarının unikal musiqi irsinin qorunmasına, sistemləşdirilməsinə və beynəlxalq miqyasda geniş təbliğinə xidmət edir.


Tədbir çərçivəsində Fondun Prezidenti professor Aktotı Raimkulova fəxri qonaq qismində iştirak edərək, ortaq türk mədəniyyətinin ayrılmaz bir parçası olan məqam sənətinin xalqlararası mənəvi bağların gücləndirilməsindəki rolunu yüksək qiymətləndirib.
Tədbirdə, həmçinin, UNESCO, ISESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) kimi beynəlxalq təşkilatların rəhbərləri, müxtəlif ölkələrin mədəniyyət nazirləri və səfirləri, eləcə də dünyanın 80-dən çox ölkəsindən 250-yə yaxın mədəniyyət və incəsənət nümayəndəsi iştirak ediblər.


Qeyd edək ki, zəngin musiqi irsinin qorunması, öyrənilməsi və təbliği baxımından mühüm beynəlxalq platforma olan III Beynəlxalq Məqam Sənəti Forumu dünyanın müxtəlif ölkələrindən musiqi sənətinin görkəmli nümayəndələrini bir araya gətirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, bu çərçivədə Qara Qarayev prospektinin Cəmşid Naxçıvanski və

Ən son

Mədəniyyət

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu

Mədəniyyət

24 iyun 2026-cı il tarixində Özbəkistan Respublikasının Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin