Bu gün Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Bu barədə Baki-baku.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılır. Bununla əlaqədar olaraq saat 13:00-dək Murtuza Muxtarov, Zərgərpalan, Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, Salatın Əsgərova küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunan təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 13:00-dək Kamil Balakişiyev, İmadəddin Nəsimi, Mehdi Abbasov, Əzim Əzimzadə, Şirin Mirzəyev, Məmməd Səid Ordubadi, Əlif Hacıyev küçələrinin bəzi hissələrini əhatə edir.