Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/20/2026

Paylaşın

GÜNDƏM

“Bizim Maqsud müəllim” tamaşası nümayiş olub

İyunun 19-da Heydər Əliyev Sarayında “Bizim Maqsud müəllim” adlı tamaşanın nümayişi olub.
Baki-baku.az xəbər verir ki, Xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun (1935-2016) uşaqlıqdan sevilən qəhrəmanları bu dəfə yeni səhnə görünüşündə tamaşaçıların qarşısına çıxıb.
Səhnə əsəri kinodramaturqun ssenarisi əsasında lentə alınan “Uşaqlığın son gecəsi” (1968) və “Bizim Cəbiş müəllim” (1969) filmlərinin yeni versiyalarının yaradılması prosesi üzərində qurulub.
Tamaşada filmlərdən yaddaqalan epizodlar yenidən canlandırılıb. Həqiqi kinokameralar səhnədə baş verənləri lentə alır və görüntü real vaxt rejimində nəhəng ekrana ötürülür.
Rejissor çəkiliş prosesinə rəhbərlik edir, aktyorlar öz personajlarının motivasiyasını anlamağa çalışır və hamısı birlikdə bu qarışıqlıq içində müəllifin özünü – Maqsud İbrahimbəyovu tapmağa çalışırlar. Onlar ədibi qəhrəmanların xarakterlərində axtarır, onların həyat hekayələrini tamamlayır və talelərini daha dərindən açmağa imkan verən əlavə epizodlar yaradırlar. Tamaşaçılar Cəbiş müəllimin həyat yoldaşı ilə tanışlığının, Rüstəmin boks döyüşünün və Davudun düşdüyü dramatik cinayət hekayəsinin şahidi olurlar.
Rejissoru Konstantin Soldatov, ssenari müəllifi İsmayıl İman olan tamaşada tanınmış teatr və kino aktyorlarından ibarət geniş heyət yer alıb. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Türk mifologiyasında bu uca varlıq Ulukayın, Bayterek və ya Aal Luuk Mas adları ilə tanınır. O, həm də

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun (1935-2016) uşaqlıqdan sevilən qəhrəmanları

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun (1935-2016) uşaqlıqdan sevilən qəhrəmanları
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin