Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/19/2026

Paylaşın

Mədəniyyət

Azərbaycan cazı Romanın məşhur “Casa del Jazz” səhnəsində təqdim olunub

“Casa del Jazz”

İyunun 18-də Romanın “Casa del Jazz” mədəniyyət məkanında “Xəzərin səsi: Azərbaycan cazı” (“İl suono del Caspio: Jazz dell’Azerbaigian”) adlı konsert proqramı keçirilib.

Baki-baku.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, ICCROM-un baş direktoru Aruna Francesca Maria Gujral, İtaliya Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və sənətsevərlər iştirak ediblər.

Konsert proqramında Xalq artistləri Eldar Mansurov, Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, eləcə də Elnur Hüseynov və Aysel Teymurzadə çıxış ediblər.

İncəsənət nümayəndələrimizin təqdimatında Azərbaycan xalq musiqisinin intonasiyalarını müasir caz improvizasiyaları ilə birləşdirən əsərlər böyük şövqlə səsləndirilib.

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan konsert Azərbaycan caz sənətinin beynəlxalq mədəni dialoq üçün mühüm platforma olduğunu bir daha nümayiş etdirib.

Konsert eyni zamanda “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində mədəni diplomatiyanın gücləndirilməsi və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin tərkib hissəsi kimi əhəmiyyət daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Hər dövr öz ekran salnaməsini yaradır. Bu salnamədə insanların ağrıları, qələbələri, ümidləri və yaşadığı hadisələr əks olunur.

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az "Azərişıq" ASC-dən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az "Azərişıq" ASC-dən məlumat verilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin