Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/19/2026

Paylaşın

Mədəniyyət

Çingiz Aytmatov adına İssık-Kul Beynəlxalq Forumunun 40-cı Yubileyinə start verilib

Çingiz Aytmatov adına İssık-Kul Beynəlxalq Forumu

18 iyun 2026-cı il tarixində İssık-Kul gölünün sahilində keçirilən “Dünya sivilizasiyaların qovşağında: birlikdə gələcəyə” adlı İssık-Kul Beynəlxalq Forumunun tədbirlərinə start verilib.

Baki-baku.az xəbər verir ki, tədbirin təntənəli açılışı Qırğız Respublikasının Prezidenti, Zati-aliləri cənab Sadır Japarovun iştirakı və salamlama nitqi ilə baş tutub. Forumun moderatoru qismində isə Qırğızıstan Respublikasının dövlət katibi Arslan Koyçiyev çıxış edir.

Açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova iştirak edib.

Qeyd etmək lazımdır ki, forumun açılışı çərçivəsində iştirakçılar ‘Ata-Beyit’ Memorial Kompleksini ziyarət edərək görkəmli qırğız yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun əziz xatirəsini ehtiramla yad edib və məzarı üzərinə gül dəstələri qoyublar.

18-21 iyun tarixlərini əhatə edən forumda, həmçinin Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik korpus nümayəndələri, dünyaşöhrətli yazıçılar, tanınmış tarixçi və bestseller müəllifləri, eləcə də Türk və digər xarici ölkələrin yazıçılar birliklərinin rəhbər şəxsləri və nüfuzlu nümayəndələri, mədəniyyət, incəsənət və elm xadimləri iştirak edirlər.

Türk Mədəniyyəti və İrsi Fondunun tədbirdə iştirakı Türk dünyasının ortaq mədəni irsinin təşviqi, görkəmli şəxsiyyətlərin irsinin yaşadılması və beynəlxalq humanitar əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə

Ən son

GÜNDƏM

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.

GÜNDƏM

Paytaxtda tibb və sosial xidmət müəssisələrinə gələnlər üçün rahat şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin