“Bu torpaqların sahibinin kim olduğu sualına icazə verin, məzarlarımız və məzardakı ölülərimiz cavab versinlər”
Qurtuluş Savaşının memarlarından, Azərbaycanın, xüsusən də, Naxçıvanın 1918-ci il Soyqırımından xilaskarı kimi tarixdə qalan Kazım Qarabəkir Paşa həm də qüdrətli bir diplomat kimi tarixdə qalıb.
Ötən əsrin əvvəlində ABŞ administrasiyası general Harbordu iki hesabat hazırlamaq üçün Türkiyə Cümhuriyyətinə göndərir. Hesabatın birincisi “Ərzurum bir türk, yoxsa erməni yurdudurmu?” sualını əhatə edirdi. Sualın cavabını vermək üçün tərəddüd etməyən Kazım Qarabəkir Paşa general Harbordu Ərzurum qalasına çıxarır və deyir: “Bu torpaqların sahibinin kim olduğu sualına icazə verin, məzarlarımız və məzardakı ölülərimiz cavab versinlər”. Burada yaşamış, burada ölmüş məzarların sahibləri. Baxın, müsəlman-türk məzarları qalanın bu başından başlayıb o biri ucuna qədər gedir. O biri tərəfdə isə bir ovuc erməni məzarlığı var.
Kazım Qarabəkir Paşanın sərt, kəskin, həm də dəqiq cavabından sonra general Harbord:
“Ərzurum bir türk-müsəlman torpağıdır!” nidası ilə bitən indi Vaşinqton Dövlət Arxivində qorunan hesabata imza atır.
Türk dövlətçilik tarixi üçün mühüm əhəmiyyət kəsb edən ikinci hesabatda çox qiymətlidir. General Harbord həmin hesabatda qeyd edir: “Amerika Senatına təqdim etdiyim 24 aprel hesabatında bütün məsuliyyətimlə qeyd etmək istəyirəm.
Ərzuruma getdim, erməni soyqırımı ilə bağlı hadisəni yerində araşdırdım. Əsası olmayan həqiqəti gözlərimlə gördüm, burada erməni yox, müsəlman soyqırımı olmuşdur. Ərzurumda öz yurdunda yaşayan türklərdir. Türklər heç zaman ermənilərə qarşı qan içən kimi davranmamışlar, ermənilər isə onların qoca və körpələrinin belə başlarını kəsmişlər”. Bu iki fakt sübut edir ki, soyqırımıdan danışan ermənilər tarixi həqiqəti birdə general Harbordun Vaşinqton Dövlət Arxivində qorunub, mühafizə edilən hesabatından öyrənməlidirlər.

İhonnes Koçauzlini: “Osmanlı qətl-qiyamda haqlı idi. Biz onlara xəyanət etmişdik!”
İlahi ədaləti yerinə qoymaq üçün qeyd edək ki, general Harbordun hər iki hesabatı Kazım Qarabəkir Paşanın təqdim etdiyi dəlillərlə qələmə alınmış, tarixi həqiqət yerinə qoyulmuşdur. General Harbordun bu hesabatını 1923-cü ildə Daşnaksütun Partiyasının iclasında çıxış edən ermənilərin ilk baş naziri kimi tarixdə qalan İhonnes Koçauzlini də təsdiq etmişdir: “Osmanlı qətl-qiyamda haqlı idi. Biz onlara xəyanət etmişdik” kəlamını baş nazir elə-belə işlətməmişdi. Onun “Onlar (Baş nazir “onlar” deyəndə erməniləri – özlərini nəzərdə tutur) müsəlman-türklər qarşısında bədəllərini ödədilər. Onlar Ərzurum və digər türk bölgələrini qana boyadılar türklər isə sadəcə cavab verdilər”.

“Ərzurum müsəlman-türk yurdudur”
Tarix həqiqəti sevir. Kazım Qarabəkir Paşa və Harbord kimi sərkərdələrin qüdrəti, iradəsi və ədaləti ilə qələmə alınan, artıq arxiv materialına, rəsmi dövlət sənədinə çevrilən bu faktlar əsl həqiqəti özündə ehtiva edir.
Xocalı dəhşətlərindən, Qarabağ, Şərqi Zəngəzur qətliamlarından, İrəvanın işğalından, Qərbi Azərbaycan deportasiyasından sonra belə, revanşist addımlarla çıxış etmək istəyən koçaryanlara da bu gün ən tutarlı cavabı general Harbordun Vaşinqton Arxivində qorunan, ABŞ administrasiyasına təqdim etdiyi hesabatda yer alan qərarları verir: “Ərzurum müsəlman-türk yurdudur. Türklər qan tökən deyil, qanı tökülən, qan içən deyil, qanı içilən tərəfdir. Soyqırımı bayraq edib hələ də dünyanın yaxasından düşməyənlərə son sözüm var: Haqlı insanların yaxasından düşün, rahat buraxın!”
Şərəf Cəlilli