Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/10/2026

Paylaşın

Mədəniyyət

Bakıda Türk dünyası – Meksika mədəni tərəfdaşlığı müzakirə edildi

Meksika

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın Prezidenti, Professor Aktotı Raimkulova ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero arasında rəsmi görüş keçirilib.

Baki-baku.az xəbər verir ki, görüş çərçivəsində Türk dünyası ilə Meksika arasında mədəniyyət, irsin qorunması və rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi təşkilatın Türk dünyasının ortaq dəyərlərini beynəlxalq səviyyədə tanıdan mühüm mədəni platformaya çevrildiyini vurğuladı. O, Fondun fəaliyyət coğrafiyasının yalnız üzv və müşahidəçi dövlətlərlə məhdudlaşmadığını, Türk dövlətlərindən kənarda yaşayan türk xalqlarının mədəni irsinin qorunmasına da xüsusi önəm verildiyini qeyd etdi.

Xanım Səfir, Meksika Birləşmiş Ştatlarının Türk Mədəniyyəti və İrsi Fondunun formalaşdırdığı geniş əməkdaşlıq platformasından və mədəni körpülərdən səmərəli şəkildə yararlanaraq, bütövlükdə Türk Dövlətləri ilə çoxtərəfli əlaqələrini daha da gücləndirmək niyyətində olduğunu diqqətə çatdırdı.

Söhbət zamanı Fondun həyata keçirdiyi irimiqyaslı beynəlxalq layihələr barədə məlumat verildi.

Görüş zamanı Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Fond tərəfindən təşkil olunan “Türk Evləri” paneli xüsusi olaraq qeyd edildi. Fondun Prezidenti növbəti Forumun Meksikada keçiriləcəyi münasibətilə xanım səfiri təbrik etdi. Tərəflər ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etdilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu film mərhum rejissor Nicat Feyzullayevin 2004-cü ildə ekranlaşdırdığı “Küçələrə su səpmişəm” ekran əsəridir.

Ən son

HƏR ŞEYDƏN

Səfəvilər tarixində çoxsaylı maraqlı və qeyri-adi hadisələr var. Lakin onlardan biri bu gün də tarixçiləri

HƏR ŞEYDƏN

Səfəvilər tarixində çoxsaylı maraqlı və qeyri-adi hadisələr var. Lakin onlardan biri bu gün də tarixçiləri
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin