Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/09/2026

Paylaşın

HƏR ŞEYDƏN

Gündə iki dəfə yoxa çıxan ada: Mon-Sen-Mişelin sirləri

Mon-Sen-Mişel

Fransanın şimal-qərbində nağıllarda əks olunan əfsanəvi yerlərə bənzəyən bir məkan var. Söhbət zirvəsində möhtəşəm abbatlıq ucalan kiçik qayalıq ada – Mon-Sen-Mişeldən gedir. Hər il milyonlarla turist Avropanın ən heyrətamiz yerlərindən birini görmək üçün buraya gəlir.

Mon-Sen-Mişelin tarixi 1300 ildən çox əvvələ gedib çıxır. Rəvayətə görə, 708-ci ildə baş mələk (Arxangel) Mixail yuxuda yepiskop Oberə görünərək qayalığın üzərində müqəddəs bir məbəd tikməyi əmr edib. Beləliklə, kiçik bir adada inşa edilən ibadətgah zaman keçdikcə nəhəng monastır kompleksinə çevrilib.

Mon-Sen-Mişelin ən maraqlı xüsusiyyəti onun yerləşdiyi ərazidir. Qabarma zamanı ada tamamilə dənizlə əhatə olunur, çəkilmə zamanı isə ora piyada getmək mümkün olur. Bu vaxt sanki nəhəng orta əsr qalası birbaşa suyun içindən yüksəlirmiş kimi görünür. Elə buna görə də bu məkan dünyanın ən gözəl və qeyri-adi yerlərindən biri hesab olunur.

Mon-Sen-Mişel

Mon-Sen-Mişel körfəzi materik Avropasının ən yüksək qabarma və çəkilmələri ilə məşhurdur. Bəzi vaxtlarda suyun səviyyəsi ilə quru arasında fərq 15 metrə qədər çatır. Yerli sakinlər deyirlər ki, dəniz olduqca sürətlə yerinə qayıdır.

Orta əsrlərdə Mon-Sen-Mişel Avropanın ən böyük ziyarət mərkəzlərindən biri olub. Minlərlə insan bu müqəddəs məkanı görmək üçün uzun yollar qət edirdi. Sonralar ada güclü müdafiə qalasına çevrildi. Yüzillik müharibə dövründə ingilislər onu dəfələrlə ələ keçirməyə çalışsalar da, buna nail ola bilmədilər. Möhkəm qala divarları və ətrafdakı dəniz Mon-Sen-Mişeli demək olar ki, əlçatmaz etmişdi.

Adanın taleyi müxtəlif zamanlarda bir neçə dəfə dəyişib. Fransa İnqilabından sonra monastır bağlanaraq həbsxanaya çevrilib. Buna görə də Mon-Sen-Mişel bir müddət “Dənizin ortasında Bastiliya” adlandırılıb. Yalnız illər sonra bu tarixi abidənin əhəmiyyəti yenidən qiymətləndirilib və onun bərpasına başlanılıb.

Mon-Sen-Mişel

Bu gün də qala divarları arasında həyat davam edir. Burada qədim evlər, kiçik hotellər, restoranlar və suvenir mağazaları fəaliyyət göstərir. Dar küçələr, daş pilləkənlər və əsrlərin izini daşıyan divarlar insanı sanki orta əsrlərə aparır.

Mon-Sen-Mişelə xüsusi sirr və cazibə verən məqamlardan biri də onu əhatə edən qumluqlardır. Bəzi ərazilərdə hərəkətli qumlar olduğuna görə körfəzdə gəzintiləri yalnız təcrübəli bələdçilərin müşayiəti ilə etmək tövsiyə olunur.

1979-cu ildə Mon-Sen-Mişel UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu gün onu haqlı olaraq “Qərbin möcüzəsi” adlandırırlar. Tarixi, memarlığı və nadir təbiət hadisəsi ilə seçilən bu ada gündə iki dəfə sanki yoxa çıxıb yenidən peyda olur. Məhz buna görə Mon-Sen-Mişel Fransanın ən təsirli görməli yerlərindən biri və milyonlarla səyyahın arzusunda olduğu məkan olaraq qalır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının səsi, duyğusu, hissini musiqi dilində dilə gətirən “Qaya” ansamblının ifasında eşidilən hər melodiya insanları eyni duyğular ətrafında

Ən son

HƏR ŞEYDƏN

Söhbət zirvəsində möhtəşəm abbatlıq ucalan kiçik qayalıq ada – Mon-Sen-Mişeldən gedir.

HƏR ŞEYDƏN

Söhbət zirvəsində möhtəşəm abbatlıq ucalan kiçik qayalıq ada – Mon-Sen-Mişeldən gedir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin