Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/05/2026

Paylaşın

HƏR ŞEYDƏN

Fitli çaydan: mətbəxin ən səs-küylü köməkçisi

Fitli çaydan uzun illərdir mətbəxlərin ayrılmaz hissəsinə çevrilən ən tanış əşyalardan biridir. Fitli çaydanın səsi milyonlarla insanın yaddaşında ev rahatlığı, isti çay və doğmalarla keçirilən xoş anlarla bağlıdır. Əslində, adi çaydanla fitli çaydan arasında böyük fərq yoxdur. Hər ikisi eyni məqsəd üçün istifadə olunur – su qaynatmaq. Sadəcə, onlardan biri bu işi sakitcə yerinə yetirir, digəri isə fit səsi ilə suyun hazır olduğunu sahibinə bildirir.

Keçmişdə insanlar suyun qaynadığını çaydandan gələn səsə və lülədən çıxan buxara görə müəyyən edirdilər. Gündəlik işlərə başı qarışanlar isə bunu hər zaman hiss etmirdilər. Fitli çaydan isə bu işi xeyli asanlaşdırdı. Su qaynadıqda buxar xüsusi dəlikdən keçərək fit səsi yaradır və insanlara suyun hazır olduğunu bildirir. Sadə görünən bu mexanizm uzun illərdir mətbəxdə rahatlığın simvollarından biri hesab olunur.

İşin maraq tərəfi odur ki, xəbərdarlıq üçün səsdən istifadə etmək ideyası çox qədim dövrlərə gedib çıxır. Arxeoloqlar qədim mayalara məxsus, təxminən iki min il yaşı olan gil qablar aşkar ediblər. Bu qablar buxarın təsiri ilə fitə bənzər səslər çıxarırdı. Təbii ki, bunlar müasir dövrdə istifadə etdiyimiz çaydanlar deyildi, lakin onların işləmə prinsipi bugünkü fitli çaydanları xatırladırdı.

Müasir fitli çaydan isə 1921-ci ildə amerikalı Cozef Blok tərəfindən yaradılıb. Almaniyada mətbəx ləvazimatları istehsal edən zavoda səfəri zamanı onun ağlına çaydanla fiti bir məhsulda birləşdirmək ideyası gəldi. Alman istehsalçıları bu təklifi dəstəklədilər və yeni çaydanların ilk partiyası qısa müddətdə satıldı.

Bir il sonra yenilik ABŞ-da, Çikaqoda keçirilən məişət əşyaları sərgisində təqdim olundu. Alıcılar bu məhsulu o qədər bəyəndilər ki, satış həcmi ayda on minlərlə ədədə çatdı. İnsanlar qaynayan suya daim nəzarət etməyə ehtiyac yaratmayan bu sadə həllin üstünlüklərini böyük maraqla qarşıladılar.

Bu ixtiranın üzərindən yüz ildən çox vaxt keçib. Elektrik çaydanları və ağıllı məişət texnikaları müasir mətbəxlərin bəzəyinə çevrilib. Buna baxmayaraq, fitli çaydan bu gün də populyarlığını qoruyub saxlayır. Onun sirri sadədir: o, adi çaydanın gördüyü işi görür, sadəcə bunu bir qədər daha gur səslə fit çalaraq edir.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə

Ən son

ƏDƏBİYYAT

Bu gün Azərbaycan poeziyasının təqvimində iki söz yanaşı dayanır: poeziya və Vaqif Səmədoğlu

ƏDƏBİYYAT

Bu gün Azərbaycan poeziyasının təqvimində iki söz yanaşı dayanır: poeziya və Vaqif Səmədoğlu
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin