Bu ilin yanvar-may aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 19 milyard 424,950 milyon manat təşkil edib.
Baki-baku.az BFB-yə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 42,7 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 11,8 % azalaraq 11 460 olub.
BFB-nin dövriyyəsinin 90,1 %-i və yaxud 17 milyard 500,811 milyon manatı repo əməliyyatlarının payına düşüb.
Bu, illik müqayisədə 39,8 % azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 2,7 dəfə azalaraq 1 311,091 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 2,1 dəfə azalaraq 613,048 milyon manat olub.