Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/01/2026

Paylaşın

GÜNDƏM

“Finans Kredit” BOKT-un xalis mənfəəti 35 %-ə yaxın azalıb

WhatsApp Image 2026-06-01 at 15.27.53

“Finans Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 133 min manat xalis mənfəətlə başa vurub.
Baki-baku.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 34,5 % azdır.
Ötən il “Finans Kredit”in vergiyəqədərki mənfəəti 166 min manat (əvvəlki ilə nisbətən 34,6 % az), mənfəət vergisi ödəmələri isə 33 min manat (35,3 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Finans Kredit”in aktivləri 2,773 milyon manat olub ki, bu da illik müqayisədə 20,1 % azdır. Bunun 2,521 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 16,3 % kiçilib.
Hesabat dövründə “Finans Kredit”in öhdəlikləri 34,4 % azalaraq 1,584 milyon manata düşüb, balans kapitalı isə 12,6 % artaraq 1,189 milyon manata, o cümlədən nizamnamə kapitalı 64,6 % artaraq 1,055 milyon manata çatıb.
Xatırladaq ki, “Finans Kredit” 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-un təsisçisi Rəmiyəddin Məmmədovdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İyunun 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "İyun 1984,

Ən son

GÜNDƏM

"Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 6,232 milyon manat xalis mənfəətlə başa

GÜNDƏM

"Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 6,232 milyon manat xalis mənfəətlə başa
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin