“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 484 min manat xalis mənfəətlə başa vurub.
Baki-baku.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 30,8 % azdır.
Ötən il “Avrasiya-Kredit”in vergiyəqədərki mənfəəti 605 min manat (əvvəlki ilə nisbətən 30,7 % az), mənfəət vergisi ödəmələri isə 121 min manat (30,9 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Avrasiya-Kredit”in aktivləri 5,191 milyon manat olub ki, bu da illik müqayisədə 11,1 % çoxdur. Bunun 4,526 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 4 % böyüyüb.
Hesabat dövründə “Avrasiya-Kredit”in öhdəlikləri 8,1 % artaraq 483 min manata, balans kapitalı isə 11,4 % artaraq 4,708 milyon manata çatıb.
Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı).