Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/26/2026

Paylaşın

GÜNDƏM

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Müstəqillik Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilən 27–31 may tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bayram günlərində sərnişinlərin rahat, təhlükəsiz və vaxtında mənzil başına çatdırılması məqsədilə həm regional, həm də şəhərətrafı xətlər üzrə hərəkət qrafikində bir sıra dəyişikliklər edilib və əlavə reyslər təyin olunub.
Artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı–Balakən–Bakı xətti üzrə hərəkət edən qatarlara “Standart” və “Standart+” sinfi olmaqla ümumilikdə əlavə 20 vaqon qoşulacaq. Bu marşrut üzrə qatarlar saat 23:50-də Bakıdan, 22:00-da isə Balakəndən yola düşəcək.
Bununla yanaşı, Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı marşrutları üzrə də hər iki istiqamətdə əlavə qatar reysləri təşkil ediləcək: Bakı-Ağstafa – 08:30, Ağstafa-Bakı – 17:20, Bakı-Qəbələ – 07:30, Qəbələ-Bakı – 19:00.
Həmçinin Qurban bayramı ilə əlaqədar olaraq mayın 27-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə sərnişinlər üçün ikitərəfli reyslər fəaliyyət göstərəcək. Qatar Gəncədən 07:15-də, Mingəçevirdən isə 08:40-da hərəkət edəcək.
Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatarlar bayram günlərində ənənəvi qrafiklə hərəkət edəcək.
Həmçinin Abşeron dairəvi dəmir yolu üzrə 27, 28 və 29 may tarixlərində qatarların hərəkəti şənbə-bazar günlərinin cədvəli ilə təşkil ediləcək.
Hərəkət qrafiki və bilet satışı ilə bağlı məlumatları www.ady.az saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 rejimində fəaliyyət göstərən 1822 Əlaqə mərkəzindən əldə etmək olar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, dövlətimizin başçısı müşavirədə nitq söyləyib

Ən son

GÜNDƏM

Azərbaycanda mayın 27-də havanın 30 dərəcə isti olacağı gözlənilir.

GÜNDƏM

Azərbaycanda mayın 27-də havanın 30 dərəcə isti olacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin