Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri dövlət siyasətinin əsas prioritetlərindən biri hesab olunur.
Əsrlər boyu müxtəlif xalqların, dinlərin və etnik qrupların birgə yaşadığı ölkə bu gün də mədəni müxtəlifliyi cəmiyyətin ən böyük zənginliklərindən biri kimi qiymətləndirir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Rəvan Həsənov World Urban Forum 13 çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”da çıxışı zamanı səsləndirib.
Rəvan Həsənov bildirib ki, urbanizasiya prosesləri heç bir halda yerli xalqların və etnik icmaların öz milli kimliyini, dilini və mədəni yaddaşını itirməsinə gətirib çıxarmamalıdır. Onun sözlərinə görə, şəhərlər əksinə, müxtəlif etnik və dini icmaların özlərini təhlükəsiz, bərabərhüquqlu və inklüziv mühitdə hiss etdikləri məkanlara çevrilməlidir.