Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/21/2026

Paylaşın

GÜNDƏM

İqlim məsələləri üzrə nümayəndə: Davamlı və dayanıqlı şəhərlərin əhəmiyyəti daha da artacaq

Muxtar Babayev

Urbanizasiyanıın qlobal miqyasda sürətləndiyi bir vaxtda davamlı və dayanıqlı şəhərlərin əhəmiyyəti daha da artacaq.

Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı təcrübələr standartı (SPS)” mövzusunda sessiyada videomüraciətlə çıxışı zamanı deyib.

“Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2050-ci ilə qədər əlavə 2,5 milyard dünya əhalisinin şəhər yerlərində yaşaması gözlənilir ki, bu artımın təxminən 90 faizi də Asiya və Afrikanın payına düşür. Bu isə bugünkü müzakirəni təkcə Azərbaycan üçün deyil, həm də daha geniş beynəlxalq ictimaiyyət üçün xüsusilə aktual edir.

Bugünkü sessiyanın işində hamınıza uğurlar arzulayıram və ümid edirəm ki, onun nəticələri Azərbaycanda və onun hüdudlarından kənarda daha güclü dayanıqlılıq təcrübələrinə, daha sıx əməkdaşlığa və daha dayanıqlı şəhər inkişafının modellərinə töhfə verəcək”, – deyə M.Babayev qeyd edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində müəllim və tələbələr üçün “Şəhərsalmanın

Ən son

GÜNDƏM

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış

GÜNDƏM

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin