Bakıda sovet dövründə tikilmiş bir çox yaşayış binası istismar müddətini başa vurduğundan, onların yerində müasir yaşayış kompleksləri və iri parklar salınır.
Baki-baku.az xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı dəyirmi masada deyib.
O bildirib ki, bu baxımdan, “Ağ Şəhər” layihəsi xüsusi əhəmiyyət daşıyır:
“Keçmiş sənaye zonası ekoloji cəhətdən tam təmizlənib. Turizm sahəsində həyata keçirilən “Sea Breeze” layihəsi də xüsusi qeyd olunmalıdır. Bu layihə “şəhər daxilində şəhər” konsepsiyasına əsaslanır”.