WUF13 çərçivəsində aparılan müzakirələr nəticəsində yaradılan sistemlərin gələcək nəticələrin formalaşmasına ciddi təsir göstərəcəyi bildirilir.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Rafael Tuts BMT Məskunlaşma Proqramı-ın Qlobal Həllər Bölməsinin direktoru “Hamı üçün layiqli mənzil təminatı” mövzusunda keçirilən sessiyalararası görüşdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri mənzil təminatı, urbanizasiya və şəhərsalma kimi sahələrlə sıx əlaqəlidir. O qeyd edib ki, 2015–2024-cü illər arasında iqlim dəyişikliklərinin təsiri ilə dünyada ölkədaxili miqrantların sayı 248 milyona yüksəlib. Tuts əlavə edib ki, mənzil sektoru bu çağırışların həllində böyük imkanlara malikdir və bu istiqamətdə təcili və konkret addımların atılması zəruridir.
R. Tuts vurğulayıb ki, iqlim həssaslığı məsələsi təxirəsalınmaz həll tələb edir və mövcud problemlər əsasən resurs çatışmazlığından deyil, idarəetmə boşluqlarından qaynaqlanır. Onun sözlərinə görə, forum çərçivəsində hazırlanacaq tövsiyələr 2029-cu ildə keçiriləcək Habitat III üçün mühüm əhəmiyyət kəsb edəcək. O həmçinin bildirib ki, WUF13 maliyyələşmə, dayanıqlılıq və iqlim məsələləri üzrə qlobal müzakirələr üçün vacib platforma rolunu oynayıb.