Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/18/2026

Paylaşın

GÜNDƏM

Ulu Öndərin irsi virtual sərgidə təqdim olundu

Heydər Əliyev

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə hazırlanan virtual sərgi istifadəçilərə təqdim olunub.

Baki-baku.az xəbər verir ki, virtual sərgi Ulu Öndərin zəngin həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə faktlar “Həyat və fəaliyyəti”, “Rəsmi sənədlər”, “Haqqında kitablar”, “Mükafatlar”, “Xatirəsinin əbədiləşdirilməsi” və digər bölmələr üzrə oxucuların istifadəsinə verilib.

Virtual sərginin əsas məqsədi gənc nəslin Heydər Əliyevin zəngin siyasi irsi ilə yaxından tanış olmasına şərait yaratmaq, onun Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, təhsil, mədəniyyət və elm sahələrinin inkişafına göstərdiyi diqqət və qayğını geniş şəkildə təbliğ etməkdir.

Sərgidə nümayiş olunan materiallar Ulu Öndərin həyatının müxtəlif mərhələlərini əks etdirməklə yanaşı, onun uzaqgörən siyasətçi, qətiyyətli dövlət xadimi və xalqına bağlı lider kimi fəaliyyətini də oxuculara təqdim edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması, ölkənin beynəlxalq nüfuzunun artırılması və müasir dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatlar bu virtual ekspozisiyada xüsusi yer tutur.

Virtual sərgi həmçinin gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə, milli kimlik və dövlətçilik ənənələrinə bağlılığın formalaşdırılmasına xidmət edir. Heydər Əliyevin həyat və fəaliyyəti bu gün də Azərbaycan gəncləri üçün örnəkdir. Onun xalqına sədaqəti, dövlətə xidmət prinsipləri və milli maraqları hər zaman üstün tutması gələcək nəsillər üçün əsl liderlik məktəbidir.

Virtual sərgi oxuculara Ulu Öndərin irsini daha dərindən öyrənmək, onun ideyalarını gələcək nəsillərə çatdırmaq və Azərbaycançılıq məfkurəsinin əhəmiyyətini bir daha dərk etmək imkanı yaradır.

Sərgi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://clb.az/elektron/Heyder%20Eliyev103/index0.htm

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin