Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/14/2026

Paylaşın

GÜNDƏM

“Koroğlu” körpüsü qəzalı vəziyyətdə deyil – AÇIQLAMA

“Koroğlu” körpüsü

Sosial şəbəkələrdə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən “Koroğlu” nəqliyyat qovşağındakı körpülərdən biri ilə bağlı narahatlıq doğuran görüntülər yayılıb. Paylaşılan videoda körpünün müəyyən hissəsinin qəzalı vəziyyətdə olduğu iddia olunur.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Baki-baku.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntüdə əks olunan hissə aşırım qurğusunun konsolunun dayaq üzərinə oturduğu sahədə yerləşən deformasiya tikişidir, yəni temperatur şovudur.

Onun sözlərinə görə, həmin konstruktiv element körpüdə temperatur dəyişiklikləri və istismar zamanı yaranan yüklərin təsiri nəticəsində baş verən hərəkətlərin kompensasiya olunması məqsədilə nəzərdə tutulub və bu, texniki baxımdan normal hal sayılır.

Bildirilib ki, yayılan görüntülər körpünün qəzalı vəziyyətdə olmasına və ya hər hansı təhlükəli konstruktiv problemin mövcudluğuna dəlalət etmir.

A.Nəcəfli əlavə edib ki, körpülərdə mütəmadi şəkildə texniki baxış və monitorinqlər aparılır, onların istismar vəziyyəti aidiyyəti mütəxəssislər tərəfindən daim nəzarətdə saxlanılır.

O, həmçinin vurğulayıb ki, bəzi hallarda mühəndis və ya mütəxəssis rəyi olmadan yayılan məlumatlar cəmiyyətdə əsassız narahatlıq yaradır və texniki məsələlərin yanlış anlaşılmasına səbəb olur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və Abşeron yarımadasında mayın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

Mədəniyyət

Tiflisin dar küçələri ilə faytonların keçdiyi, zadəgan salonlarında musiqinin səsləndiyi, səhnə pərdələrinin isə yeni bir

Mədəniyyət

Tiflisin dar küçələri ilə faytonların keçdiyi, zadəgan salonlarında musiqinin səsləndiyi, səhnə pərdələrinin isə yeni bir
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin