Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/13/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Ələsgər Ələkbərov kimdir? – Bakı küçələrinin adlarını daşıyanlar

IMG-20260513-WA0047

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Azərbaycan teatr və kino aktyoru, SSRİ və Azərbaycan SSR xalq artisti, SSRİ Ali Sovetinin VI çağırış deputatı Ələsgər Ələkbərovdur.

Baki-baku.az həmin şəxsin həyatına nəzər yetirir.

Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə dram dərnəyinə getməyə başlayıb. O, 1927–1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb.

Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli (“Ölülər”), ikinci bələdiyyə (“Hücum”) kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb.

Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb.
31 yanvar 1963-cü ildə vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Teatrda Maktuf (“Maqbet”), şah Zeyir (“Şahnamə”), Aydın (“Aydın”), Heydərbəy (“1905-ci ildə”), Fərhad (“Fərhad və Şirin”) və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif (“Vaqif”) və Otello (“Otello”) yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən “Varislər” filmində don Aqilla rolunu uğurla oynayıb (1960).

Azərbaycan kinosunda Rüstəm kişi (“Böyük dayaq”), Fətəli xan (“Fətəli xan”) kimi yaddaqalan rollarda oynayıb. “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Azərbaycan teatr və kino aktyoru, SSRİ və Azərbaycan SSR

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də Azərbaycan teatr və kino aktyoru, SSRİ və Azərbaycan SSR
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin