Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.
Baki-baku.az xəbər verir ki, yanğın anbarlardan birindədir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının digər anbarlara keçməsinin qarşısını almağa çalışırlar. Fövqaladə hallar naziri general-polkovnik Kəmallədin Heydərov də hadisə yerindədir.
Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in aviadəstəsinin helikopterləri cəlb olunub.


