Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/05/2026

Paylaşın

GÜNDƏM

WUF13 zamanı daşımalar üçün 171 ədəd elektrikli avtobus seçilib

WUF13

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı daşımalar üçün 171 ədəd elektrikli avtobus seçilib.

Baki-baku.az xəbər verir ki, bunu WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib.

Onun sözlərinə görə, bu avtobuslardan 155-i əsas, 16-sı ehtiyat olmaqla nəqliyyat mübadilə mərkəzlərindən məkana daşımaları həyata keçirəcəklər: “Bundan başqa, 36 ədəd “Neoplan” tipli avtobus istifadəyə veriləcək ki, bunlar da hava limanından nəqliyyat mübadilə mərkəzlərinə müntəzəm daşımaları həyata keçirəcək. Bunların da 26-sı əsas, 10-u ehtiyat avtobuslar olacaq”.

Bundan başqa, nəqliyyat rəsmisi deyib ki, WUF13 zamanı sərnişin daşımalarına “Bakı Taksi Xidməti” MMC-nin 150 ədəd nəqliyyat vasitəsi cəlb edilib: “330 ədəd fərdi taksi vasitələri də istifadə ediləcək. Parkımızın əsas hissəsini təşkil edən sıfır emissiyalı elektrik avtobusları yaşıl nəqliyyat planının bir hissəsidir”.

Onun sözlərinə görə, WUF13-ün keçiriləcəyi məkana daxil olacaq nəqliyyat vasitələrini tənzimləmək üçün portal yaradılıb.

“Tədbir üçün ayrılmış xüsusi zolağın ümumi uzunluğu 42,1 km təşkil edir. Həmçinin nəqliyyatın inklüzivliyini təmin etmək üçün fiziki məhdudiyyətli şəxslər üçün tam əlçatan xidmətlər həm avtobuslarda, həm də nəqliyyat qovşaqlarında nəzərə alınıb. Qurulmuş nəqliyyat planının real vaxtda rəqəmsal olaraq iştirakçılara çatdırılması üçün hazırlanıb. Burada bütün rəsmi otellər, nəqliyyat mübadilə mərkəzləri, marşrutlar və onların cədvəlləri yer alır”, – deyə V.Aslanov əlavə edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Tanrı Yer üzünü bircə “Ol” kəlamı ilə xəlq etdi.

Ən son

GÜNDƏM

Azərbaycanın bəzi yerlərində mayın 6-da yağış yağacağı gözlənilir.

GÜNDƏM

Azərbaycanın bəzi yerlərində mayın 6-da yağış yağacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin