2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycanda yeni yaradılmış statistik vahidlərin 98,5 faizi xüsusi mülkiyyətli (o cümlədən 8,3 %-i tam xarici investisiyalı, 1 %-i birgə mülkiyyətli) müəssisələrin payına düşür.
Baki-baku.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, qeydiyyatda olan statistik vahidlərin 66,9 %-i Bakıda yerləşib.
Üç ayda yaradılan yeni statistik vahidlərin 71,4 %-i Bakıda qeydiyyata alınıb. Bu dövrdə Bakı şəhəri üzrə 2178 statistik vahid yaradılıb, 42-si isə ləğv edilib.