Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/29/2026

Paylaşın

Mədəniyyət

Ağdamda “Səhnədə məhəbbət” oynanılacaq

“Səhnədə məhəbbət”, Ağdam Dövlət Dram Teatrı

Ağdam Dövlət Dram Teatrında yeni səhnə işi üzərində hazırlıqlara start verilib.

Baki-baku.az xəbər verir ki, teatrın səhnəsində yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Əli Əmirlinin “Səhnədə məhəbbət” əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Habil İsmayılovun verdiyi məlumata görə, eksperimental musiqili-komediya janrında səhnələşdirilən tamaşa səhnə ilə real həyat arasındakı sərhədləri, sənət adamlarının daxili dünyasını və yaradıcılıq prosesində yaşanan ziddiyyətləri əks etdirir.

Əsərdə hadisələr teatr mühitində cərəyan edir. Tamaşanın hazırlanması prosesi fonunda aktyorların səhnədə canlandırdıqları rollarla şəxsi həyatlarında yaşadıqları hisslər arasında paralellər və toqquşmalar üzə çıxır. Bu isə səhnə əsərinə həm dramatik, həm də ironik çalarlar bəxş edir.

Tamaşanın quruluşçu rejissoru Racu Şıxlıdır. Rejissorun səhnə yozumunda əsas xətt məhəbbət mövzusu üzərində qurulsa da, burada təqdim olunan sevgi klassik romantik çərçivədən kənara çıxaraq, səhnə ilə həyatın kəsişməsində yeni məna qazanır.

Quruluşda metateatr elementlərindən geniş istifadə olunub. Tamaşada sənət naminə qurban verilən hisslər, şəxsiyyətin parçalanması, şöhrət və ambisiya, daxili boşluq kimi mövzular ironik və bəzən də acı yumorla təqdim edilir.

Səhnə əsərinin quruluşçu rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, bəstəkarı Azər Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti isə Xaliq Abdullazadədir.

Rolları Afəridə Sabirqızı, Anar Əhməd, Qalib Abdullazadə, Xəyalə Xudadatova, Fərhad Fərhadzadə və Teymur Kərimov ifa edirlər.

Tamaşanın premyera tarixi barədə əlavə məlumat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu bazar günü keçiriləcək "Bakı Marafonu 2026"da 25 min iştirakçı qeydiyyatdan keçib.

Ən son

GÜNDƏM

Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

GÜNDƏM

Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin