Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/15/2026

Paylaşın

GÜNDƏM

“Bank Avrasiya” zərərlə işləməyə başlayıb

WhatsApp Image 2026-04-15 at 12.01.28

“Bank Avrasiya” ASC bu ilin I rübünü 937 min manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünən 1,977 milyon manat mənfəətlə çıxmışdı.
Baki-baku.az xəbər verir ki, yanvar-mart aylarında “Bank Avrasiya”nın əməliyyat gəlirləri 5,093 milyon manat (1 il əvvələ nisbətən 8,9 % çox), əməliyyat xərcləri 3,561 milyon manat (25,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,548 milyon manat (21,6 dəfə çox), gözlənilməz gəlirləri isə 80 min manat (3,1 dəfə az) təşkil edib.
Bu il aprelin 1-nə “Bank Avrasiya”nın aktivləri 213,948 milyon manat olub ki, bu da illik müqayisədə 8,9 % çoxdur. Bunun 118,942 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,5 % böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 13,7 % artaraq 124,913 milyon manata, o cümlədən depozit portfeli 26,8 % artaraq 72,754 milyon manata, balans kapitalı isə 2,9 % artaraq 89,035 milyon manata çatıb.
Xatırladaq ki, “Bank Avrasiya” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i “Azbizneskom” MMC-yə, 49,5 %-i “Top Properties” MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində (Caspian Plazanın ətrafı) müşahidə olunan vəziyyət sakinlərin haqlı narazılığına səbəb olub.

Ən son

TARİX

Rusiya imperiyasında ilk telefon danışığı 1879-cu ildə Sankt-Peterburq — Malaya Vişera xətti üzrə baş tutub.

TARİX

Rusiya imperiyasında ilk telefon danışığı 1879-cu ildə Sankt-Peterburq — Malaya Vişera xətti üzrə baş tutub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin