İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Dearsan Gemi İnşaat Sanayi Anonim Şirkəti”nin Azərbaycandakı filialını dövlət qeydiyyatına alıb.
Baki-baku.az nazirliyə istinadən xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 17-ci km, qanuni təmsilçisi isə Türkiyənin “Fənərbağça” futbol klubunun keçmiş prezidenti Aziz Yıldırımın qızı Hande Yıldırım Gamgamdır.
Xatırladaq ki, “Dearsan Gemi İnşaat Sanayi” 1980-ci ildə yaradılıb, Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biridir. Şirkət hərbi və mülki gəmilər inşa edir. Onun sahibi Aziz Yıldırımdır.