Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/14/2026

Paylaşın

ƏDƏBİYYAT

Bu gün Xalq yazıçısı Anarın doğum günüdür

Anar Rzayev

Bu gün Azərbaycanın görkəmli yazıçısı, şairi, tərcüməçisi və ssenaristi, Xalq yazıçısı Anar Rzayevin doğum günüdür. Baki-baku.az xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Anar uzun illərdir ki, ədəbi və ictimai fəaliyyəti ilə ölkənin mədəni həyatında mühüm rol oynayır.

Anar Rəsul oğlu Rzayev 14 mart 1938-ci ildə Bakıda anadan olub. O, Azərbaycanın tanınmış ədəbi mühitində böyüyüb. Atası məşhur şair Rəsul Rza, anası isə görkəmli şairə Nigar Rəfibəylidir. Anar həm də Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olmuş görkəmli dövlət xadimi Xudadat bəy Rəfibəylinin nəvəsidir.

Anarın soy kökləri qədim Məmmədxanlılar nəslinə gedib çıxır. Bu nəslin nümayəndələri XIX əsrdə Göyçay bölgəsində tanınmış şəxslər olub. Yazıçı həm ata, həm də ana tərəfdən Azərbaycanın ictimai və mədəni həyatında mühüm rol oynamış ailələrin davamçısıdır.

Gələcək yazıçı 1945-ci ildə indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil olub və 1955-ci ildə bu məktəbi gümüş medalla bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.

Onun həyat yolunda mühüm yer tutan insanlardan biri də həyat yoldaşı Zemfira xanım olub. Onlar məktəb illərindən bir-birini tanıyırdılar. 1962-ci il yanvarın 27-də ailə quran cütlüyün iki övladı var. Oğulları Tural ərəbşünas və diplomatdır və Azərbaycanın Misirdəki səfiri kimi fəaliyyət göstərib. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Anar yalnız ədəbiyyat sahəsində deyil, ictimai və siyasi fəaliyyəti ilə də tanınır. 1991-ci ildə Azərbaycan Yazıçılarının IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib və sonrakı qurultaylarda da bu vəzifəyə yenidən seçilib.

O, həmçinin dövlət quruculuğu prosesində də iştirak edib. 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını aparıb. 1995 və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib və parlamentin mədəniyyət komissiyasına rəhbərlik edib. Bu komissiya tərəfindən mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, eləcə də kinematoqrafiya ilə bağlı bir sıra mühüm qanun layihələri hazırlanaraq qəbul olunub. 1995-ci ildə isə Azərbaycan Respublikasının Konstitusiya Komissiyasının üzvü olub.

Yazıçının yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. Onun “Ağ liman”, “Dantenin yubileyi”, “Macal”, “Otel otağı” kimi povestləri, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı, çoxsaylı hekayə və pyesləri oxucular tərəfindən böyük maraqla qarşılanıb. Müxtəlif illərdə qələmə aldığı əsərlər insan taleyi, mənəvi dəyərlər və cəmiyyətin dəyişən həyatını bədii şəkildə əks etdirir.

Anar beynəlxalq ədəbi mühitdə də fəal iştirak edib. 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Uzun illərdir Azərbaycan ədəbiyyatına xidmət edən Anar bu gün də yaradıcılığı və ictimai fəaliyyəti ilə ədəbi mühitdə öz sözünü deməyə davam edir. Onun əsərləri müxtəlif dillərə tərcümə olunaraq dünya oxucularına təqdim edilir və müasir Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə çıxışı zamanı deyib.

Ən son

GÜNDƏM

Azərbaycanda martın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

GÜNDƏM

Azərbaycanda martın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin