Nəşr edilmişdir 10/17/2024

Paylaşın

XƏBƏRLƏR

Azərbaycanda 1 milyondan çox ağac əkiləcək

Ağacəkmə

Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

BakiBaku Qafqazinfo-ya istinadən xəbər verir ki, bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün cari ilin 18-27 oktyabr tarixlərində respublikanın 85 şəhər və rayon icra hakimiyyətləri tərəfindən “Yaşıl bir dünya üçün həmrəy olaq!” şüarı altında 2401,0 hektar ərazidə 1 milyon 611 min ağac və kol cinslərin əkilməsi nəzərdə tutulur.

Ağacəkmə

Ölkənin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı Bakı şəhərində 619 min, Naxçıvan Muxtar Respublikasında 89 min, digər şəhər və rayonlarda isə 903 min ağac əkiləcək. Bölgələrdə yerli iqlimə uyğun olması və quraqlığa davamlılığı nəzərə alınmaqla, əkiləcək ağacların 749 min ədədi, əsasən, həmişəyaşıl meşə ağacları, 692 min ədədi dekorativ kollar, 170 min ədədi isə meyvə ağaclarıdır.

Aksiyaya hazırlıq mərhələsində bütün şəhər və rayon icra hakimiyyətləri tərəfindən yaşıllıqların salınacağı ərazilər üzrə 540 ünvan müəyyən edilib, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilməsi, onların qorunması və suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Quacquarelli Symonds” (QS) 2024 sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Azərbaycan 4 istiqamət üzrə 3 ali

xəbərlər

Ən son

XƏBƏRLƏR

COP29 ərəfəsində Heydər Əliyev hava limanına gedəcək vətandaşlardan səfərlərini tədbirdən daha öncə planlamaları və alternativ

XƏBƏRLƏR

Bakı, 17 oktyabr, BAKIBAKU Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a

XƏBƏRLƏR

Prezident İlham Əliyev Füzulinin işğaldan azad edilməsinin dördüncü ildönümü ilə bağlı paylaşım edib. BakıBaku xəbər verir ki, paylaşımda