Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında magistral su xəttində qəza olması səbəbindən evin altında çuxurlar yaranıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Baki-baku.az-a verilən məlumata görə, sözügedən ünvanda üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib.
Qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində fevralın 20-dək UPD – NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
Bildirilib ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.