Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/04/2026

Paylaşın

CƏMIYYƏT

Səthdə sakit, içdə fırtına: ördək sindromu ilə yaşayan qadınlar

Ördək sindromu və inkişaf etmiş” soft skill”-in görünməyən tərəfi

Bu yaxınlarda “ördək sindromu” haqqında oxudum və birdən ətrafımda onlarla tanış qadını gördüm. Düzünü desəm, ilk növbədə özümü.

Ördək sindromu elə bir vəziyyətin metaforasıdır ki, insan zahirdə sakit, toplanmış və hər şeyə nəzarət edirmiş kimi görünür. Amma suyun altında batmamaq üçün bütün gücü ilə çırpınır. O bacarır. Şikayət etmir. Nə qədər çətin olduğunu göstərmir. Elə buna görə də ona nadir hallarda sual verirlər:
“Bəs sən əslində necəsən?”

Fakt bloku: Ördək sindromu nədir?

“Ördək sindromu” anlayışı ilk dəfə Stanford Universitetində tələbələrin yaşadığı daxili təzyiqi təsvir etmək üçün istifadə olunub. Bu termin insanın narahatlıq, özünə şübhə və emosional gərginlik yaşadığı halda kənardan sakit, uğurlu və problemsiz görünə bilməsini ifadə edir. Metafora suda üzən ördəyə əsaslanır: səthdə sakitlik var, amma suyun altında davamlı və gərgin bir mübarizə gedir.

Mütəxəssislərin fikrincə, bu hal xüsusilə “mükəmməl olma” təzyiqinin güclü olduğu mühitlərdə — akademik həyatda, iş dünyasında və sosial mediada daha çox rast gəlinir. İnsanlar çox vaxt zəif tərəflərini gizlədir, yalnız nəticəni göstərirlər. Bu isə həm daxili gərginliyi artırır, həm də başqalarında “hamı bacarır, bir mən çətinlik çəkirəm” hissini gücləndirir.

Bu gün “soft skills” – yumşaq bacarıqlar haqqında çox danışılır: emosional zəka, məsuliyyət, çeviklik, razılaşma bacarığı, özünü idarə etmək. Və maraqlıdır ki, məhz bu bacarıqlar bir çox qadında yüksək səviyyədə formalaşıb.

Mən belə “ördək”ləri getdikcə daha çox görürəm — analarda, boşanmadan keçmiş qadınlarda, eyni anda işləyən, uşaq böyüdən, evi saxlayan və başqalarını öz hissləri ilə yükləməməyə çalışan qadınlarda.

Biz bacarmağı öyrənmişik və zamanla bu bacarıq bizim tələmizə çevrilir.

Bizə erkən yaşlardan güclü, yığcam, rahat olmağı öyrədirlər. Sızlamamağı. Başqalarını yormamağı. Üz saxlamağı. “Dözən” qadın hörmət doğurur. Çətinlik çəkən qadın isə narahatlıq yaradır.

Və onda işə həmin “soft skills” düşür: biz küncləri yumşaldırıq, gücümüzdən artıq məsuliyyət götürürük, başqalarının ovqatını oxuyuruq, amma öz ehtiyaclarımızı kənara qoyuruq.

Yadda saxlamaq lazımdır – ördək sindromu zəiflikdən irəli gəlmir. O, çox vaxt həddindən artıq məsuliyyət, yüksək empatiya və hər şeyi öz üzərinə götürmək vərdişi ilə bağlıdır. Uyğun gəlmək istəyi ilə. Yetərincə yaxşı olmamaq qorxusu ilə – ana kimi, işçi kimi, qadın kimi.

Biz tez-tez faktları və nəticələri qarışdırırıq.


Fakt — mənə çətindir.

Nəticə — deməli, bacarmıram.


Amma nəticə fakt deyil.

Biz öz yorğunluğumuzu başqalarının zahiri görüntüsü ilə müqayisə edirik və bu müqayisədə əvvəlcədən uduzuruq. Başqalarının necə “üzdüyünü” görürük, amma necə çırpındığını görmürük. Öz yorğunluğumuzu isə xırdalığına qədər bildiyimiz üçün onu kiçildir, əhəmiyyətsiz sayırıq.

Ən çox şişirdilən soft skills-lərdən biri stressə davamlılıqdır. Biz özümüzə deyirik ki, dayana bilmərik — çünki hər şey dağılacaq. Halbuki bəzən məhz fasilə batmamağın yeganə yoludur.

Bu mövzuda qadınlarla danışmağa başlayanda, bir çoxu ilk dəfə özünə icazə verdi deməyə: “Bəli, mənə doğrudan da çətindir.”

Və həmin anda vacib bir şey baş verir — ördək artıq təkbaşına çırpınmır.

Ördək sindromu nə diaqnozdur, nə də etiket. Bu, bir siqnaldır. Uzun müddət dəstəksiz güclü olmağın siqnalı. İnkişaf etmiş “soft skills”in yorulmaq, kömək istəmək və insan kimi zəif olmaq haqqını ləğv etmədiyinin siqnalı.

Bəlkə də əsl güc həmişə möhkəm dayanmaqda deyil. Həqiqi güc — bəzən sadəcə “Mənə indi çətindir” deməkdədir.

Elə məhz bu sözlərlə başlayır tarazlıq.

Ayna Bəxtiyar

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Şeyx Zayed məscidi dünyanın ən böyük altı məscidindən biridir və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu

Ən son

TARİXİMİZ

Abşeron yarımadasında, Xəzər dənizinin sahilinə yaxın bir məkanda torpaq min illərdir alovla dillənir, odla danışır

TARİXİMİZ

Abşeron yarımadasında, Xəzər dənizinin sahilinə yaxın bir məkanda torpaq min illərdir alovla dillənir, odla danışır
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin