Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/26/2025

Paylaşın

HƏR ŞEYDƏN

Kempbell adası – planetin canlı laboratoriyası

Planetdə elə yerlər var ki, təbiətin özü sanki eksperimental laboratoriyanı xatırladır. Onlardan biri də Yeni Zelandiyaya məxsus olan sərt və möhtəşəm subantarktik Kempbell adasıdır.
Baki-baku.az bildirir ki, onun məhz heyrətamiz və dramatik taleyindən bəhs edən unikal ekoloji hadisələr xronikası mövcuddur.
XIX əsrin sonunda insanlar bu təcrid olunmuş torpaq parçasını gəlirli bir fermaya çevirməyə qərar verdilər: 1896-cı ildə buraya minlərlə qoyun gətirildi və yun istehsalının çiçəklənəcəyinə ümid edildi. Lakin reallıq xəyallardan daha güclü oldu. Qasırğalı küləklər, buz kimi yağışlar, mürəkkəb logistika, rentabelliyin olmaması layihəni iflasa uğratdı. İnsanlar adanı tərk etdilər. Artıq buradakı korlanmış təbiət isə öz taleyi ilə baş-başa qaldı.
Onilliklər ərzində qoyunlar insan nəzarəti olmadan yaşadılar. Populyasiya bəzən sürətlə artır, bəzən isə otlaqlar tükənəndə kəskin azalırdı. Dırnaqların altında subantarktikanın nəhəng bitkiləri yox olur, mamır və otların zərif ekosistemləri dağılır, torpaq səthi açılır, eroziya güclənirdi. Quşlar da zərər gördü: bir çox növ sığınacaqlarını itirdi, yuvalama və qidalanma şəraiti dəyişdi. Bir zamanlar yaşıl və güclü olan Kempbell tədricən seyrəkləşmiş, əldən düşmüş torpağa çevrilirdi.
XX əsrin ortalarına doğru alimlər həyəcan təbili çalmağa başladılar: ekosistem çökmə həddində idi. Ekspedisiyalar, monitorinqlər başladı və ən vacibi, çətin bir qərar verildi: bu dəfə xilas naminə yenidən müdaxilə etmək. 1970-ci illərdən etibarən qoyunlar mərhələli şəkildə adadan çıxarılmağa başlandı. Heyvanların bir hissəsi genetik xətti qorumaq üçün qəsdən materikə aparıldı, qalanları isə tədricən yox oldu. Ekosistemdən digər invaziv növlər də, o cümlədən 2000-ci illərin əvvəlində adanın ekoloji tarixini tam tərk edən siçovullar aradan qaldırıldı.
Və bundan sonra mütəxəssislərin bu gün təbiətin ən təsirli qələbələrindən biri adlandırdığı hadisə baş verdi. Dağıdıcı təzyiq dayanan kimi Kempbell dirçəlməyə başladı. Subantarktikanın nəhəng otları geri döndü. Mamır örtükləri bərpa olundu. Nadir quşlar üçün şərait yaxşılaşdı və onların populyasiyası artmağa başladı. Ada sanki bir əsrdən sonra ilk dəfə dərindən nəfəs aldı və sübut etdi ki, təbiətə şans verildikdə, onun bərpa gücü heyrətamizdir.
Bu gün Kempbell adası planetin canlı elmi laboratoriyası və bəşəriyyət üçün əvəzsiz bir dərsdir. Bu hekayə sadəcə təsərrüfat layihəsinin uğursuzluğu haqqında deyil. Bu, qapalı ekosistemlərin nə qədər kövrək olduğunu, insan təcrübələrinin qiymətini və vəhşi təbiətin möhtəşəm dirçəlmə qabiliyyətini anladan bir hekayədir. Eyni zamanda bu, xəbərdarlıqdır: atılan tək bir yanlış addım belə bütöv bir dünyanın taleyini yenidən yaza bilər.

Hacı Cavadov

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yenilənmiş veb-saytı istifadəyə verilib.

Ən son

GÜNDƏM

"Bakı Metropoliteni" QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik

GÜNDƏM

"Bakı Metropoliteni" QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iş saatlarında dəyişiklik
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin