Oxford University Press (OUP) 2025-ci ilin rəsmi “ilin sözü” kimi rage bait terminini elan edib.
Baki‑baku.az xəbər verir ki, bu qərar OUP-nin öz veb-saytında yer alıb.
OUP-nin izahına görə, “rage bait” — məqsədli şəkildə təxribatçı və ya təhqiramiz elementlərdən istifadə edərək onlayn qəzəb, hiddət və narazılıq yaratmaq üçün hazırlanmış kontentdir. Bu cür materiallar adətən sosial şəbəkələrdə, veb-səhifələrdə yayılır və insanların emosional reaksiyasını oyatmaqla — bəyənmə, paylaşma, şərh kimi reaksiyalara nail olmaq üçün nəzərdə tutulur.
OUP vurğulayıb ki, bu termin 2025-ci il ərzində onlayn müzakirələrdə, xəbərlərdə və sosial media paylaşmalarında geniş yayıldığından, ilin sözü seçilməsi bu “rəqəmsal çağın” konflikt və informasiya dalğalanmalarını əks etdirir. Nəşriyyat onu da qeyd edib ki, “rage bait”in populyarlığı — internetin daha şüurlu və məsuliyyətlə istifadəsinə dair çağırışların vacibliyini yenidən ön plana çıxarıb.
Qeyd edək ki, ötən il OUP 2024-ün “ilin sözü” olaraq brain rot — tərcümədə «beyin çürüməsi» terminini seçmişdi. Bu dəfə isə “rage bait” — onlayn qəzəbin, manipulativ informasiyanın və sosial narazılığın simvoluna çevrilərək diqqət çəkib.