Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2025

Paylaşın

İQTİSADİYYAT

Bakıda qızılın qiyməti bahalaşdı

Qızılın qiyməti, Qızıl, Gümüş

Bakının qızıl bazarında qiymət artımı müşahidə olunur.

Satıcıların Baki-baku.az-a verdiyi məlumata görə, Türkiyə və İtaliya istehsalı olan qızıl məmulatlarında bahalaşma qeydə alınıb.

Qiymət artımı daha çox üzük, sırğa və boyunbağılarda özünü göstərir. Qızılın qramında təxminən 10–15 manat bahalaşma baş verib.

Bundan əlavə, dəst şəklində satılan zinət əşyalarının qiymətində də ciddi dəyişikliklər var. Belə ki, alıcılar əvvəlkindən 300–500 manat artıq ödəməli olurlar.

Satıcıların sözlərinə görə, bahalaşmaya əsas səbəb dünya bazarında qızılın qiymətinin yüksəlməsi və valyuta məzənnəsində baş verən dəyişikliklərdir. Həmçinin idxal olunan türk və italyan qızıllarının daşınma və istehsal xərclərinin artması da bazara təsir göstərib.

Hazırda bazarda 585 əyar (Türk qızılı) 145–150 manat, 750 əyar (İtalyan qızılı) isə 170–190 manat arasında dəyişir.

Mütəxəssislər hesab edirlər ki, yaxın günlərdə qızılın qiymətində dalğalanmalar davam edə bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, учёные проверяют этот феномен с помощью так называемого зеркального теста

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Baki-baku.az-ın məlumatına görə, Şimali Karolina Universitetinin tibb məktəbinin alimləri belə qənaətə gəliblər. Tədqiqatın nəticələri "Neuron"

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Baki-baku.az-ın məlumatına görə, Şimali Karolina Universitetinin tibb məktəbinin alimləri belə qənaətə gəliblər. Tədqiqatın nəticələri "Neuron"
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin