Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/12/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Şərqdə və Türk dünyasında ilk qadın elmlər doktoru, professor – Şaqibə Əhmədova

Şaqibə Əhmədova

Əhmədova Şaqibə İsmayıl qızı 25 sentyabr 1925-ci ildə Gəncə şəhərində anadan olub. Onun atası İsmayıl Qayıbov Qori Müəllimlər Seminariyasını bitirib, Üzeyir Hacıbəyli və Müslim Maqomayev kimi dahilərlə tələbə yoldaşı olub. Daha sonra dövrünün sayılıb-seçilən ziyalılarından biri kimi pedaqoji fəaliyyət göstərib Anası Firuzə xanım isə Lenin ordeni ilə təltif edilən Əməkdar müəllim olub.

Şaqibə xanımın ailəsində təəssüf ki, faciələr də az olmayıb. Qardaşı, tanınmış tarzən Zərif Qayıbov, cəmi 23 yaşında – 1943-cü ildə dünyasını dəyişib. Digər qardaşı, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun 3-cü kurs tələbəsi olan Nazir Qayıbov, könüllü olaraq Böyük Vətən Müharibəsinə yollanır. Beş dəfə yaralanandan sonra onun haqqında “həlak olub” xəbəri gəlir. Lakin Şaqibə xanım bu xəbərə inanmır və uzun illər qardaşının sağ olduğuna ümid edir.

1943-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə qəbul olunan Şaqibə xanım, yüksək nəticələr göstərdiyinə görə 3-cü kursdan Moskva Zoobaytarlıq İnstitutuna göndərilir. Onun Moskvaya gedişi yalnız təhsil məqsədi ilə deyil, həm də itkin düşmüş qardaşını axtarmaq arzusu ilə bağlı idi. Şaqibə xanım təhsil ala-ala qardaşının sorağı ilə gəzir. Nəhayət, 1948-ci ildə onun doğrudan da həlak olduğu və o vaxtkı Çexoslovakiyada dəfn edildiyi məlum olur.

Universiteti bitirdikdən sonra Moskva Baytarlıq Akademiyasının aspiranturasına daxil olur. Alimlik dərəcəsi aldıqdan sonra Gəncəyə qayıdaraq Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsində əmək fəaliyyətinə başlayır. Burada həm də laboratoriya işləri və ixtisas kursları aparır.

Moskvada təhsil illərində tanış olub ailə qurduğu Əmir Əhmədov da görkəmli alim idi. Onların ixtisasları da, peşəyə olan sevgiləri də ortaq idi. Bu elmi və mənəvi birlik gözəl bir ailəyə çevrilmişdi. Dörd övladları dünyaya gələn Əhmədovların ailə həyatı sevgi və qarşılıqlı hörmət üzərində qurulmuşdu.

Dördüncü övladları yeni doğulduğu vaxt Əmir bəyə Səmərqənddən iş təklifi gəlir. Şaqibə xanım 20 günlük körpəsi və digər üç övladı ilə birgə həyat yoldaşı ilə Səmərqəndə köçür. Burada Əhmədovlar elmi və pedaqoji fəaliyyətlərini davam etdirirlər.

Şaqibə xanım Səmərqənd Kooperativ İnstitutunda dosent, kafedra müdiri və elmi işlər üzrə prorektor vəzifələrində çalışır. Həyat yoldaşı isə həmin institutda prorektor vəzifəsinə yüksəlir.

Özbəkistanda elmi fəaliyyətini uğurla davam etdirən Şaqibə Əhmədova ölkənin ilk qadın elmlər doktoru olur və iki dəfə deputat seçilir. Özbək xalqı ona böyük sevgi və ehtiram göstərir.

1990-cı ildə həyat yoldaşı Əmir bəyi, az sonra isə qardaşı – Azərbaycanın ilk Baş prokuroru İsmət Qayıbovu faciəvi vertolyot qəzasında itirir. Bu ağır itkilərə baxmayaraq, Şaqibə xanım həyat mübarizəsini dayandırmır və sonadək elmi fəaliyyətini davam etdirir.

Şaqibə Əhmədova 13 yanvar 2015-ci il ildə vəfat edib.

Qohumları onu ailənin ağbirçəyi və müdriki kimi xatırlayır, məsləhət və ümid yeri bilirdilər. İş yoldaşları və tələbələri isə onu əsl müəllim və fədakar pedaqoq kimi yad edirlər.

Xanım Aydın

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, в этот раз он решил поразить публику не шкатулкой-автоматом и не музыкальным механизмом, а чем-то

Ən son

GÜNDƏM

Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzi qeyri-yaşayış binalarının əsaslı təmiri işlərini həyata keçirəcək.

GÜNDƏM

Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzi qeyri-yaşayış binalarının əsaslı təmiri işlərini həyata keçirəcək.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin