Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/03/2025

Paylaşın

GÜNDƏM

Nazir: “COP29 zamanı ümumilikdə bütün ölkə üzrə ciddi fövqəladə hadisə qeydə alınmadı”

Kəmaləddin Heydərov

Fəxrlə qeyd edə bilərik ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dövründə ümumilikdə bütün ölkə üzrə hər hansı ciddi fövqəladə hadisə qeydə alınmadı.

Bunu Baki-baku.az-a müsahibəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

O bildirib ki, dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirən ölkəmiz bununla da dünya səhnəsində fəal və etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirdi, həm də iqlim dəyişmələri ilə qlobal mübarizənin daha sürətlə həyata keçirilməsinə layiqli töhfələr verdi: “Təbii ki, COP29 ilə əlaqədar təhlükəsizliklə bağlı Fövqəladə Hallar Nazirliyinin də üzərinə mühüm vəzifələr düşürdü. Bu məqsədlə 2024-cü ilin yanvar ayında FHN-də tərkibinə Nazirliyin rəhbər vəzifəli şəxslərinin daxil olduğu Qərargah və onun tərkibində müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar yaradıldı, Tədbirlər Planı hazırlanaraq təsdiq edildi. Tədbirlər Planı üzrə qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası üçün Nazirliyin bütün qüvvələri ilk gündən səfərbər olunaraq obyektlərin, o cümlədən otellərin, iaşə obyektlərinin, insanların kütləvi toplaşdığı məkanların, istirahət və ticarət mərkəzlərinin, infrastruktur və strateji obyektlərin, habelə bu obyektlərin ətrafında yerləşən bina və tikililərin yanğın, texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqləri həyata keçirildi.

Nazir qeyd edib ki, bundan əlavə, göstərilən obyektlərdə Nazirliyin müvafiq qurumlarının qüvvə və vasitələrinin iştirakı ilə çoxsaylı təlimlər keçirildi, fövqəladə hallarla bağlı davranış qaydalarına dair geniş maarifləndirmə işləri aparıldı. Bununla yanaşı, tədbir ərəfəsində və tədbir keçirilən günlərdə mümkün fövqəladə hallara çevik reaksiya verilməsinin təmin edilməsi məqsədilə Nazirliyin qüvvə və vasitələri tam hazır vəziyyətə gətirilərək, həmin dövrdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərdi.

Müsahibənin geniş variantını buradan oxuya bilərsiniz.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu gündən qapılarını oxucularının üzünə açır. Biz istəyirik ki, oxucularımız həm də bizim yazıçılarımız olsun.

Ən son

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin