Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/03/2025

Paylaşın

GÜNDƏM

Xəzər rayonunda müşavirə keçirilib

20250903_092659

Azərbaycan Prezidenti İlham Əliyevin kommunal sahədə islahatların genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.

Baki-baku.az xəbər verir ki, bu layihəyə bu ilin iyun ayından artıq 10-cu rayon – Xəzər rayonu da qoşulub. Bununla əlaqədar Xəzər Rayon İcra Hakimiyyətində müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini Ayaz Hüseynov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Baki şəhər və Xəzər rayonunun kommunal sahələrinin rəhbərləri və ərazi üzrə nümayəndələrinin iştirak etdiyi müşavirədə layihənin gedişatı müzakirə edilib,müşahidə olunan müsbət dinamika vurğulanıb.

Çıxış edənlər qeyd edib ki, layihə Prezident İlham Əliyevin tapşırıqları əsasında bütün paytaxt ərazisində uğurla tətbiq olunur. Bakı şəhərinin kommunal strukturlarının maddi-texniki bazası gücləndirilir və bu da öz növbəsində layihəni uğurla tətbiq etmək üçün imkan yaradır.

Müşavirədə həmçinin bəzi qəsəbə üzrə nümayəndələrinə işlərin daha da gücləndirilməsi tapşırığı verilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bu gündən qapılarını oxucularının üzünə açır. Biz istəyirik ki, oxucularımız həm də bizim yazıçılarımız olsun.

Ən son

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.

HƏR ŞEYDƏN

Bakı, zəngin tarixi, müasir memarlığı və unikal mədəniyyəti ilə turistlərin diqqətini cəlb edən şəhərdir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin